Yuxarı
    Bağlamaq

    Tələbələrin ali məktəblərdə qeydiyyatının vaxtı uzadılıb

    Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək

    Bakı. 24 avqust. REPORT.AZ/ Ali məktəblərin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsinə qəbul olan tələbələrin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatının vaxtı uzadılıb. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməyindən məlumat verilib.

    Məlumata görə, tələbələr avqustun 27-i saat 17:00-dək sənədlərini daxil olduqları universitetlərə təqdim edə bilərlər.

    Tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqlar təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

    TQDK-dan bildirilib ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi