Yuxarı

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydasına dəyişikliklər olunub

Ali təhsil müəssisələrinə sözlərindən sonra həmçinin AMEA sözləri əlavə edilib

Bakı. 19 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişikliklər edib. "Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-Zadə imzalayıb: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda:

1. 2-ci hissə üzrə:

1.1. 2.3-cü bəndə “ali təhsil müəssisələrinə” sözlərindən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)” sözləri əlavə edilib.

1.2. 2.4-cü bənddə “və ali təhsil müəssisələrində” sözləri “, ali təhsil müəssisələrində və AMEA-da” sözləri ilə əvəz edilib.

1.3. 2.5-ci və 2.6-cı bəndlərdə ismin müvafiq hallarında “ali təhsil müəssisəsi” sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisələri və AMEA” sözləri ilə əvəz olunub.

2. Həmin Qaydaya 1 nömrəli əlavə - “Arayış”ı üzrə:

2.1. hər iki halda “ali təhsil müəssisəsinin adı,” sözlərindən sonra “və ya AMEA,” sözləri əlavə edilib.

2.2. “ali təhsil müəssisəsindən” sözlərindən sonra “və ya AMEA-dan” sözləri əlavə edilib.

2.3. “Rektor” sözündən sonra “və ya AMEA-nın prezidenti” sözləri əlavə edilib.

2.4. “ali təhsil müəssisəsində” sözlərindən sonra “və ya AMEA-da” sözləri əlavə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi