Yuxarı

Təhsil şöbəsi: Yanğın baş verən məktəbin şagirdləri dərslərə yaxınlıqdakı məktəbdə davam edəcəklər

Təhsil şöbəsi: Yanğın baş verən məktəbin şagirdləri dərslərə yaxınlıqdakı məktəbdə davam edəcəklər

Qubada məktəbdə yanğın olub. 

Bu barədə "Report"a rayon Təhsil Şöbəsindən məlumat verilib. 

Bildirilib ki, dekabrın 13-də Qubanın Tülər kənd ümumi orta məktəbinin çardağında saat 14:15 radələrində yanğın hadisəsi baş verib.

Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib.

Yanğın hadisəsi baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub.

Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbində tədrisə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi