Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək Yürüşdə deputatlar, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar iştirak edəcək
Elm və təhsil
3 Noyabr , 2016 13:49
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək. 

Nazirlikdən “Report”a verilən məlumata görə, noyabrın 5-də olacaq yürüş "Azneft dairəsi"ndən başlayıb Dövlət Bayraq Meydanına qədər davam edəcək. 

Belə ki, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, deputatlar, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcək.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributların təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Son xəbərlər

Orphus sistemi