Təhsil Nazirliyinin işçi qrupu növbəti diaqnostik qiymətləndirilmə ilə bağlı rayonlarda səfərdədir

Təhsil Nazirliyinin işçi qrupu növbəti diaqnostik qiymətləndirilmə ilə bağlı rayonlarda səfərdədir Əməkhaqqısı artırılan müəllimlərin sayı 100 minə çatacaq
Elm və təhsil
25 Oktyabr , 2016 17:16
Təhsil Nazirliyinin işçi qrupu növbəti diaqnostik qiymətləndirilmə ilə bağlı rayonlarda səfərdədir

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Təhsil Nazirliyinin işçi qrupu gələn ay Azərbaycanın 26 rayonunda keçirilməsi nəzərdə tutulan müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı rayonlarda səfərdədir”.

“Report”un xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, qiymətləndirmənin keçiriləcəyi rayonlarda müəllimlərə prosedurlar izah edilir: “Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi də nəzərə alınacaq”.

Nazir müavini qeyd edib ki, növbəti diaqnostik qiymətləndirmədən sonra əməkhaqqısı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi