Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərin yekunlarına həsr olunan hesabat konfransı keçirilib

Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərin yekunlarına həsr olunan hesabat konfransı keçirilib Tədbir mətbuata qapalı şəraitdə davam etdirilib
Elm və təhsil
1 May , 2017 14:08
Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərin yekunlarına həsr olunan hesabat konfransı keçirilib
Report.az

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunan hesabat tədbiri keçirilib.

“Report” xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, ali məktəblərin rektorları iştirak ediblər.

Əvvəlcə Təhsil Nazirliyinin 2016-cı ildə təhsil sahəsində həyata keçirdiyi tədbirlər və yeniliklərlə bağlı “Təhsil” televiziyasının hazırladığı videoxronika nümayiş etdirilib.

Daha sonra Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış edib.

Təhsil naziri Mikayıl Cabbarov son dövrlərdə müəllimlərin bilik və bacarıqlarının səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verdiyini deyib.

O qeyd edib ki, müəllim olmaq arzusunda olanların sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır.

Tədbir mətbuata qapalı şəraitdə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi