Təhsil Nazirliyinə daxil olan ərizələrin sayı artıb

Təhsil Nazirliyinə daxil olan ərizələrin sayı artıb Nazirliyin İnformasiya şöbəsinin Vətəndaşlarla iş bölməsinə 154 226 müraciət daxil olub
Elm və təhsil
9 Yanvar , 2015 14:05
Təhsil Nazirliyinə daxil olan ərizələrin sayı artıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan Təhsil Nazirliyinin İnformasiya şöbəsinin Vətəndaşlarla iş bölməsinə 154 226 müraciət daxil olub. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Telefon Məlumat Mərkəzində 60 856 zəng (2013-cü illə müqayisədə 4,7 dəfə çox) və Kommutator xidmətində 35 000-ə yaxın zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə 58 370 vətəndaşa xidmət göstərilib. Vətəndaşlar əsasən, ali təhsil (8 668 müraciət), beynəlxalq əməkdaşlıq və xaricdə təhsil (7883 müraciət), ümumi təhsil (8 054 müraciət), orta ixtisas və ilk peşə-ixtisas təhsili (1 544 müraciət), eləcə də digər məsələlərlə (32 221 müraciət) bağlı müraciət edib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlər əsasən, sorğu xarakterli olub. Onların əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. 11 848 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Əlavə olaraq, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 531 müraciət, teleqram və məktub vasitəsilə 167 müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində 13 359 sənəd (6 275 ərizə, 6 139 məktub, 945 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Şikayətlərin qeydiyyatı proqramında isə 404 müraciət qeydiyyata alınıb və araşdırılması üçün müvafiq şöbələrə, idarələrə, sektorlara göndərilib.

Son xəbərlər

Orphus sistemi