Təhsil Nazirliyinə apreldə 16 075 müraciət daxil olub

Təhsil Nazirliyinə apreldə 16 075 müraciət daxil olub Vətəndaşların Qəbulu Mərkəzində bu dövrdə 4 374 vətəndaşa xidmət göstərilib
Elm və təhsil
3 May , 2016 19:51
Təhsil Nazirliyinə apreldə 16 075 müraciət daxil olub

Bakı. 3 may. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Bu barədə "Report"a Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunan müddət ərzində 16 075 müraciət qəbul edilib. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 11 701 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,2 dəfə çox, 2014-cü il ilə müqayisədə 3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 1,6 dəfə çox) daxil olub.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 374 vətəndaşa xidmət göstərilib.

Vətəndaşların Qəbulu Mərkəzində 1 428 sənəd (794 məktub, 474 ərizə, 160 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil məktəblərinin 1-ci siniflərinə qəbul, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa olunma, təhsil haqqından azad edilmə ilə bağlı məsələlər əksini tapıb.

Son xəbərlər

Orphus sistemi