Yuxarı

Təhsil Nazirliyi xaricə oxumağa gedənlərə xəbərdarlıq edib

“Nazirlik xaricdə təhsil üzrə dövlət proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir”

Bakı. 10 avqust. REPORT.AZ/ "Televiziya kanallarında bəzi şirkətlər attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanət verməsi ilə bağlı yanlış reklamlar verir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O deyib ki, belə bir zəmanəti heç bir şirkət Təhsil Nazirliyindən almayıb: "Bu yanlışdır, insanları aldatmaqdır və şirkətlər öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir. Ümumiyyətlə zəmanət verilməsi hüquqi bir prosesdir və Təhsil Nazirliyi həmin şirkətlərlə bağlı müraciət edərsə hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər ki, kim o zəmanəti nazirlikdən alıb və niyə yalan vədlər verirlər".

Nazirlik rəsmisi xəbərdarlıq edib k, insanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər: "Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Diplomun zəmanət verilməsi prosesi gəncin bitirdiyi universitetin necəliyi, tələbənin akademik göstəriciləri, oxuduğu müddətdə universitetdə necə təhsil alması və təhsilin necəliyi, qazandığı kreditlərin sayına qədər hamısı təhlil olunur və bu təhlil öz təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir".

C.Valehov qeyd edib ki, Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi