Yuxarı

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlər üçün müsabiqə elan edib

Müsabiqə 2015-2016-cı tədris ili üçün 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına uyğun aparılır

Bakı. 9 aprel. REPORT.AZ/ 2015-2016-cı tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə elan olunur. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, Prezident yanında Təhsil üzrə Komissiya sədrinin 09.02.2015-ci il tarixli, 08 nömrəli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na və "prioritet ixtisas istiqamətləri"nə uyğun olaraq, xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na elan olunan müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla aşağıdakı keçiddən tanış ola bilərlər:

http://xaricdetehsil.edu.gov.az/uploads/elan2015.pdf

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi