Yuxarı

Təhsil Nazirliyi Azərbaycanda universitetlərə qəbul qaydalarının dəyişdirilməsi üçün hökumətə təkliflər göndərib

Təhsil Nazirliyi Azərbaycanda universitetlərə qəbul qaydalarının dəyişdirilməsi üçün hökumətə təkliflər göndərib
Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən tələbələr universitetlərin nəzdində xüsusi hazırlıq kursları keçəcəklər

Bakı. 8 fevral. REPORT.AZ/ Təhsil Nazirliyi Azərbaycanda ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yeni təklifləri hökumətə təqdim edib.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq.

M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında hökumətə bu il ali təhsil sistemində hazırlıq ilinin tədbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yeni təkliflər verib. Nazir bildirib ki, təkliflər ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasını nəzərdə tutur. 
Nazir əlavə edib ki, hazırda hökumət həmin təkliflərə baxır: “Bu dəyişiklik qəbul olunduğu təqdirdə Azərbaycanda da ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz təhsillərinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi