Təhsil Nazirliyi "Novruz mühazirələri"nə start verib

Təhsil Nazirliyi "Novruz mühazirələri"nə start verib İlk mühazirəni Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov təqdim edib
Elm və təhsil
23 Fevral , 2016 17:38
Təhsil Nazirliyi Novruz mühazirələrinə start verib

Bakı. 23 fevral. REPORT.AZ/ Təhsil Nazirliyi "Novruz mühazirələri"nə start verib. "Report"un məlumatına görə, görüşdə nazirliyin əməkdaşları, ali təhsil müəssisələrinin müəllim və tələbələri, təhsil ekspertləri iştirak ediblər.

"Novruz mühazirələri"nin ilk görüşündə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov "Davamlı inkişaf yaşıl düşüncə kontekstində" mövzusundan bəhs edib.

U.Ələkbərov Təhsil Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və dünyanın bir çox ölkələrində müvafiq mühazirələrin keçirildiyini deyib.

Akademik dünya ölkələrinin inkişaf göstəriciləri, innovativ inkişafa təsir edən amillər, Azərbaycanın davamlı inkişafı mövzuları ətrafında fikir və düşüncələrini bölüşüb. Davamlı inkişaf sahəsində kadr potensialının formalaşması, inkişafın ölkə tarixindən asılılığı və innovativ idarəetmə: dövlət proqramlarının milli proqramlara transformasiyası məsələlərinə toxunan U.Ələkbərov müvafiq sahələrdə Azərbaycan və bir sıra digər dünya ölkələri üzrə müqayisəli statistikanı təhlil edib.

Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsinə əsaslanan müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi