Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi kurikulumun ləğv ediləcəyi barədə məlumatlara münasibət bildirib

    Nazirlik rəsmisi: Azərbaycanda kurikulum sisteminin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur© Report.az

    Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycanda kurikulum sisteminin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

    O bildirib ki, kurikulumun ləğvi haqqında danışanların müasir təhsil sistemindən kifayət qədər məlumatları yoxdur: "Kurikulum həmişə olub, bu gün var və gələcəkdə də olacaq. Kurikulumsuz təhsil olmur, çünki bu sistem təhsilin məzmunudur. Kurikulumu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Ona görə də belə bir məsələ absurd ifadədir".

    Nazirlik rəsmisi xatırladıb ki, kurikulum hər zaman təkmilləşən bir sistemdir: "Hazırda Təhsil Nazirliyi tərəfindən kurikulum ləğvini şərh etmək çətindir. Bu sistem ləğv oluna bilməz, sadəcə müəyyən təkmilləşdirmələr aparıla bilər. Bu da onsuzda hər il baş verir. Ona görə də bunu ciddi dəyişiklik kimi qələmə vermək düzgün deyil".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi