Təhsil Nazirliyi: Kürdəmirdə tavanı uçan məktəbə baxış keçiriləcək

Təhsil Nazirliyi: Kürdəmirdə tavanı uçan məktəbə baxış keçiriləcək Bakı. 26 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanının uçmasına münasibət bildirib.
Elm və təhsil
26 Noyabr , 2018 16:32
Təhsil Nazirliyi: Kürdəmirdə tavanı uçan məktəbə baxış keçiriləcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanının uçmasına münasibət bildirib. 

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq qeyd olunub ki, Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə 5 sinif otağı olmaqla tikilib. 

Məlumata görə, bünövrəsi və divarları pud daşından tikilən tədris korpusunun koridorunun tavanı ağac materialı olan diktlə üzlənib: "Damdan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir. Təhsil Nazirliyinin mütəxəssisləri məktəbin korpusuna baxış keçirəndən sonra verilən rəyə əsasən müvafiq tədbirlər görüləcək". 

Son xəbərlər

Orphus sistemi