Yuxarı

Təhsil Nazirliyi jurnalistləri internat məktəblərinə aparıb

Qonaqlar 11 saylı inteqrasiya təlimli internat məktəbində yaradıcılıq sinifinin açılışına qatılıblar

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin təşəbbüsü ilə mədəniyyət xadimlərinin, uşaq qeyri-hökumət təşkilatları təmsilçilərinin və jurnalistlərin 11 saylı inteqrasiya təlimli və 8 saylı sanatoriya tipli internat məktəblərinə səfəri təşkil olunub.

“Report” xəbər verir ki, səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha yaxından tanış olmağa, burada təhsil alan və yaşayan uşaqlarla yaxından təmas qurmağa şərait yaratmaqdan ibarətdir.

Beynəlxalq Əlillər Gününə təsadüf edən səfər zamanı qonaqlar 11 saylı inteqrasiya təlimli internat məktəbində yaradıcılıq sinfinin açılışına qatılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi