Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin təşəbbüsü ilə mədəniyyət xadimlərinin, uşaq qeyri-hökumət təşkilatları təmsilçilərinin və jurnalistlərin 11 saylı inteqrasiya təlimli və 8 saylı sanatoriya tipli internat məktəblərinə səfəri təşkil olunub.
“Report” xəbər verir ki, səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha yaxından tanış olmağa, burada təhsil alan və yaşayan uşaqlarla yaxından təmas qurmağa şərait yaratmaqdan ibarətdir.
Beynəlxalq Əlillər Gününə təsadüf edən səfər zamanı qonaqlar 11 saylı inteqrasiya təlimli internat məktəbində yaradıcılıq sinfinin açılışına qatılıblar.