Nazirlik Bakıda internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib

Nazirlik Bakıda internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib Təhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.
Elm və təhsil
15 Aprel , 2019 16:09
Nazirlik Bakıda internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib

Təhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, internat məktəbi barədə sosial şəbəkədə yazı paylaşan müəllim Leyla Ucal Təhsil Nazirliyinə dəvət edilib və məsələnin təfərrüatı bu gün onun iştirakı ilə müzakirə ediləcək.

Məlumata görə, məsələ ilə bağlı Təhsil Nazirliyində xüsusi komissiya yaradılıb, araşdırmalara başlanılıb: "Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub. Son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfələrlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib".

Son xəbərlər

Orphus sistemi