Yuxarı

Təhsil Nazirliyi ilə Dövlət Komitəsi arasında birgə Fəaliyyət Planı imzalanıb

Təhsil müəssisələrində uşaq və gənclərin ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçn birgə Fəaliyyət Planı təsdiq edilib

Bakı. 9 fevral. REPORT.AZ/ “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2017-ci il üzrə birgə Fəaliyyət Planı təsdiq edilib.

“Report”un məlumatına görə, bununla bağlı təhsil naziri Mikayıl CabbarovDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı birgə əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd Azərbaycan Prezidentinin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq olunan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda ölkə gənclərinin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulan vəzifələrin icrasını təmin etməkdir.

Əmrə görə, Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin və Dövlət Komitəsinin ərazi üzrə regional şöbələrinin rəhbərlərinə tapşırılıb ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər, onların icra vəziyyəti barədə bu ilin iyun və dekabr aylarında Təhsil Nazirliyinə və Dövlət Komitəsinə hesabat göndərsinlər. 

Təhsil Nazirliyi və Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri Fəaliyyət Planının yerinə yetirilməsində müvafiq yerli orqanlara və təhsil müəssisələrinə təşkilati-pedaqoji köməklik göstərməlidirlər.

Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Firudin Qurbanova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılova həvalə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi