Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi İKT savadlılığının artırılması üzrə təlimlərdə iştirak edənləri mükafatlandırıb

    3 320 nəfər ibtidai sinif müəllimi və inzibati heyət diaqnostik qiymətləndirilmədə iştirak edib

    Bakı. 4 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi İKT savadlılığının artırılması üzrə təlimlərdə iştirak edən ibtidai sinif müəllimləri və inzibati heyət işçilərini mükafatlandırıb. "Report" xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov 2014-2015-ci tədris ilində bu sahədə edilən yeniliklər barədə iştirakçılara məlumat verilib.

    O bildirib ki, ötən tədris ilində 50-dən artıq elektron dərslik sayta yerləşdirilib: "Yeni tədris ilində bu rəqəmin 80-ə çatdırılması nəzərdə tutulub. Bundan başqa, təhsil sistemində mövcud resursların artırılması istiqamətində mühüm addımlar atılır. Həmçinin sayta 3000-dən artıq videodərs yerləşdirilib. Hər kəs sayta girərək müəllimlərin necə dərs keçdiyinə baxa bilər".

    Təlimlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, ilkin olaraq 3 320 nəfər ibtidai sinif müəllimi və inzibati heyət bilavasitə Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə diaqnostik qiymətləndirilmədə iştirak edib. Bunlardan 519 nəfər İKT sahəsində baza biliklərinə malik olduğu üçün təlimlərə cəlb olunmadan birbaşa sertifikata layiq görülüblər. Onlarda 258-i inzibati heyət işçisi, 261-i ibtidai sinif müəllimi olub.

    Diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçən iştirakçılardan 238-i yalnız sertifikat, 262-si isertifikatla yanaşı kompüter, 19 ibtidai sinif müəlliminə isə prometan lövhə verilməsi nəzərdə tutulub.

    Maksimum bal toplayan 93 nəfər ibtidai sinif müəlliminə sertifikatla yanaşı, prometan lövhə verilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi