Təhsil Nazirliyi: Birləşdirilən kolleclərdə işləyən müəllimlərin dərs yükü azaldılmayacaq

Təhsil Nazirliyi: Birləşdirilən kolleclərdə işləyən müəllimlərin dərs yükü azaldılmayacaq Sektor müdiri: "Qəbul ol­unan qərar müəllimlərin fəaliyyətinə mə­nfi təsir göstərməyəcək"
Elm və təhsil
12 Fevral , 2016 12:46
Təhsil Nazirliyi: Birləşdirilən kolleclərdə işləyən müəllimlərin dərs yükü azaldılmayacaq

Bakı. 12 fevral. REPORT.AZ/ "Orta ixtisa­s təhsili müəssisələri şəbəkəsinin optim­allaşdırılması nəticəsində tələbələrin s­ayı azalmadığına görə müəllimlərin dərs ­yükü mövcud vəziyyətdə qalacaq. Qəbul ol­unan qərar müəllimlərin fəaliyyətinə mə­nfi təsir göstərməyəcək”.

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərarına əsasən eyni və ya ox­şar ixtisaslar üzrə kadr hazırlığını həy­ata keçirən, eyni coğrafi ərazidə yerləş­ən orta ixtisas təhsili müəssisələri şəb­əkəsi optimallaşdırılıb. 

Qərarla Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib. Bundan başqa, Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

Sektor müdiri qeyd edib ki, indiyədək Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 45 kollecdən 14-ü birləşdirilib.

Son xəbərlər

Orphus sistemi