Yuxarı

Təhsil Nazirliyi: 6 yaşı tamam olmayan uşaqların məktəblərə qəbulu kütləvi xarakter daşımayacaq

Təhsil Nazirliyi: 6 yaşı tamam olmayan uşaqların məktəblərə qəbulu kütləvi xarakter daşımayacaq
© Report/ Firi Salim — Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov

Bakı. 6 iyul. REPORT.AZ/ "Ötən gün dövlət başçısının sərəncamı ilə qəbul edilən "Təhsil haqqında" qanun bütün pillə və səviyyələri əhatə edib".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qanunda yer alan əsas dəyişikliklərdən biri ilin sonunadək (dekabrın 31-dək) 6 yaşı tamam olan uşaqların da məktəblərə qəbul olmasıdır: "Lakin yalnız valideyn istədikdə övladı 6 yaşı tamam olmadan 1-ci sinfə qəbul edilə biləcək. Ona görə də bu proses kütləvi xarakter daşımayacaq. Bu tədris ilindən mövcud qaydalar tətbiq ediləcək".

F.Qədirov vurğulayıb ki, respublika fənn olimpiadalarının qalibləri də istiqamətləri üzrə universitetlərə müsabiqədənkənar qəbul edilə biləcək: "Artıq bunun üçün ölkədə hüquqi baza yaradılıb".

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, uşaqların 1-ci sinfə qəbulu sentyabrın 15-dək 6 yaşı tamam olan zaman aparılırdı. Sentyabrın 15-dən dekabrın 31-nə kimi 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbulu isə müsabiqə formasında həyata keçirilirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi