“Martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qərarı tək şagirdlərə deyil, eləcə də pedaqoji kollektivə də aiddir”.
“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
O qeyd edib ki, qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir.
Nazirin müşaviri əlavə edib ki, bu müddət ərzində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq:
“Əksər təhsil oclaqlarında artıq prosesin bitməsi nəzərdə tutulub. Martın 10-dan təhsil müəssisələrində tədrisin davam etdirilməsi nəzərdə tutulur. Həmin gün bütün təhsil müəssisələri üzrə mövcud vəziyyət barədə əlavə məlumat veriləcək. Zərurət olduğu təqdirdə bəzi təhsil müəssisələrində həmin işlər davam etdiriləcək”.