Yuxarı

Təhsil nazirinin müavini məktəb direktorları ilə görüşüb

Nazir müavini BŞTİ-nin həyata keçirəcəyi yeniliklərdən söz açıb

Bakı. 2 mart. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi arasında görüş keçirilib. 

"Report" xəbər verir ki, görüşdə təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, BŞTİ-nin müfaviq struktur bölmə rəhbərləri və İdarənin əməkdaşları da iştirak edib.

Nazir müavini Ceyhun Bayramov Prezidentin sərəncamı ilə təsdiq edilən "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb, BŞTİ-nin həyata keçirəcəyi yeniliklərdən söz açıb.

Nazir müavini eyni zamanda bu ildən etibarən I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılacağını vurğulayıb və bunun məqsəd və mahiyyəti barədə məktəb rəhbərlərini ətraflı məlumatlandırıb.

Görüş qarşılıqlı müzakirə şəklində baş tutub, direktorlar tərəfindən müxtəlif fikir və təkliflər səsləndirilib və verilən çoxsaylı suallar nazir müavini Ceyhun Bayramov tərəfindən cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi