Təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək Martın 9-da keçiriləcək qəbul Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində olacaq
Elm və təhsil
29 Fevral , 2016 18:11
Təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Bakı. 29 fevral. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov martın 9-da Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 29 fevral və 1, 2, 3, 4 mart tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi