Yuxarı

Təhsil naziri Sabirabadda vətəndaşların bir sıra problemlərini yerindəcə həll edib

Qəbulda təhsil sənədlərinin tanınması, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciətlərə baxılıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Sabirabadda vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonları və Şirvan şəhər sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi