Təhsil naziri: "Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq"

Təhsil naziri: "Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq" "Yeni ali məktəb 2017/2018-ci tədris ilində tam həcmdə fəaliyyətə başlamalıdır"
Elm və təhsil
14 Noyabr , 2016 11:06
Təhsil naziri: Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ "Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər sadəcə şayiədir".

"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, universitetin müvafiq maddi texniki bazası yaradılacaq: "Yeni rektor təyin olunacaq. Tədris planları hazırlanacaq. 2017/2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır. Universitetin hansı ünvanda yerləşəcəyi ilə bağlı müzakirələr aparılır, müxtəlif təkliflər hazırlanır".

Son xəbərlər

Orphus sistemi