Təhsil naziri ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulu ilə bağlı açıqlama verib

Təhsil naziri ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulu ilə bağlı açıqlama verib "Bu ilin qəbul qaydaları artıq təsdiqlənib və buna uyğun olaraq qəbul həyata keçiriləcək"
Elm və təhsil
14 İyun , 2017 15:01
Təhsil naziri ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulu ilə bağlı açıqlama verib
Vergilər nazir Mikayıl Cabbarov / Report

Bakı. 14 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olması məsələsinə aydınlıq gətirib.

“Report”un xəbərinə görə, bununla bağlı jurnalistlərə açıqlama verən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, məsələ ilə əlaqədar müvafiq qanunvericiliyin qəbul olunmasından sonra xüsusi sərəncam veriləcək.

Mikayıl Cabbarov vurğulayıb ki, gələcəkdə - bu qanunvericilik qüvvəyə mindikdən sonra Təhsil Nazirliyi tərəfindən mexanim barədə ətraflı açıqlama veriləcək: "Bu məsələ barədə ilkin məlumat veriləndən sonra aparılan müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də bəzi anlaşılmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək".

Nazir qeyd edib ki, bu ilin qəbul qaydaları artıq təsdiqlənib və buna uyğun olaraq qəbul həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi