Təhsil haqqını xarici valyutada tələb edən iki ali məktəbin rəhbərliyinə ciddi irad tutulub

Təhsil haqqını xarici valyutada tələb edən iki ali məktəbin rəhbərliyinə ciddi irad tutulub Şöbə müdiri: "Yekunda hər iki fakt tələbənin xeyrinə həll olunub"
Elm və təhsil
15 Aprel , 2016 12:15
Təhsil haqqını xarici valyutada tələb edən iki ali məktəbin rəhbərliyinə ciddi irad tutulub

Bakı. 15 aprel. REPORT.AZ/ "Azərbaycanda baş verən sonuncu devalvasiya heç bir dövlət ali təhsil müəssisələrinə təsir etməyib. Çünki təhsil haqqı ilə bağlı elan veriləndə hər yerdə manatla ödənişin etmək lazım olduğu bildirilir. Yəni, heç bir təhsil müəssisəsində xarici valyuta ilə təhsil haqqının ödənilməsi məsələsi qeydə alınmayıb. Lakin iki özəl ali təhsil müəssisəsində bu problem yaşanıb. Problemin aradan qaldırılması üçün də lazımi addım atılıb".

"Report"un məlumatına görə, bunu Təhsil Nazirliyi elm və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, tələbə müqaviləni imzalayanda ödəniş məsələsinə xüsusi diqqət etməlidir: "Bu məsələdə ali məktəbin də günahı var. Müqavilədə əgər ödəniş dollarla göstərilibsə, niyə ona qol çəkilməlidir? Hər iki ali məktəbin rəhbərliyinə bu barədə ciddi irad tutulub. Bildirilib ki, elanda təhsil haqqında nə göstərilibsə, qəbul planı təsdiq olunubsa, ödəniş də o pulla aparılmalıdır. Yəni, həmin ödəniş məbləğindən nə artıq, nə də əskik ödəniş qəbul olunmalıdır. Tələbə də məhz həmin məbləği ödəməlidir. Yekunda isə hər iki fakt tələbənin xeyrinə həll olunub".

Son xəbərlər

Orphus sistemi