Yuxarı

Tarix Muzeyinə antik zərgərlik məmulatları təhvil verilib

Qiymətli materialların XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olduğu müəyyənləşdirilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Tarix Muzeyi tarixi əhəmiyyətə malik milli zərgərlik məmulatı olan Sinəbənd, Rusiya məmulatı olan ətir qabı və Avropa dövlətlərinə məxsus olan qadın əl çantası əldə edib. Bu barədə "Report"a muzeyin mətbuat xidmətindən məlumat verilib.

Muzeydən bildirilib ki, bu qiymətli materialların XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olduğu müəyyənləşdirilib.

Qızıl suyuna salınmış gümüş Sinəbənd şəbəkə işləmədir. 10 ədəd dörd ləçəkli gül formalı lövhənin hər birinin üzərinə 1 ədəd qaş bərkidilmiş, lövhələrin üzəri balıq formalı, fiqurlu asmalar və xırda mirvarilərlə bəzədilib. Sinəbəndin mərkəzi ikiqat şəbəkəli olub, gül təsvirli lövhəyə rəngli qaşları olan ay-ulduz, üzərinə isə mirvari ilə bəzədilmiş balıq asmalar düzülüb. Çəkisi: 104,7 qr.-dır.

Rusiyaya məxsus ətirqabı isə gümüşdəndir. Göy, ağ, qırmızı minalıdır. Üzərində 916 əyar damğası var. Çəkisi 21,6 qr.-dır.

Avropa dövlətlərinə xas olan gümüş metaldan qadın əl çantası kiçik ölçülü, narın tordandır. Çantanın forması açılıb bağlanandır, çəkisi 48 qramdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi