Yuxarı
    Bağlamaq

    Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

    “Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” kitabının müəllif heyəti müəyyənləşdirilib

    Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Bu barədə "Report"a institutun mətbuat xidmətindən məlumat verilib.

    Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Elmi Şurada Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncağındakı parlaq nitqinin əhəmiyyətini xüsusi vurğulayıb: "Prezident nitqində müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılması vaxtının gəlib çatdığını qeyd etdi. Azərbaycan gələn il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Hesab edirəm ki, o vaxta qədər bu sanballı elmi əsər yaradılacaq”.

    Yaqub Mahmudov dövlət başçısının tarix elmləri haqda dediklərini Tarix İnstitutunun fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirib və o bildirib ki, Elmi Şuranın iclasında gündəliyin baş məsələsi müstəqillik dövrünə həsr edilən "Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə" adlı yeni kitabın nəşrə hazırlanmasıdır. Y.Mahmudov kitabın nəşri ilə bağlı tarixçi-alimlərə konkret tapşırıqlarını verib.

    Tarix İnstitutunun Elmi Şurasında Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunacaq kitabın müəllif heyəti müəyyənləşdirilib. Yaqub Mahmudov Elmi Şurada tarixçi-alimlərə kitabın hazırlanması ilə bağlı tapşırıqlarını verib və kitabın yazılması ətrafında elmi müzakirələr aparılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncağındakı nitqində bildirib ki, Azərbaycanın müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər yaradılmalıdır: "Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi