Yuxarı
    Bağlamaq

    Sumqayıtda yeni qəbul qaydaları ilə bağlı elmi-metodiki seminarlar keçirilib

    Bakı. 14 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı seminarlar keçirib.

    DİM-dən "Report"a verilən məlumata görə, seminarlarda Sumqayıt şəhərinin, Abşeron, Qubadlı, Şuşa və Zəngilan rayonlarının təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.

    Seminarın plenar iclası DİM-in saytında (YouTube kanalı vasitəsilə) canlı yayımlanıb.

    Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib və bu sahədə aparılan işlər haqqında məlumat verib.

    Seminar iştirakçılarını maraqlandıran suallar DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən cavablandırılıb.

    Daha sonra müzakirələr Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə davam etdirilib.

    DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının modeli haqqında, BDU-nun nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov isə Azərbaycan dili fənni üzrə 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı barədə məlumat verib, imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.

    Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı haqqında məlumat verib. BDU nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Aqşin Abdullayev isə fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.

    İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla Musayeva buraxılış imtahanlarında istifadəsi nəzərdə tutulan tapşırıq modelləri haqqında çıxış edib.

    Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi