Qurban Yetirmişli: "Son vaxtlar tikilən binaların yerləşdiyi ərazilərin seysmikliyini müəyyənləşdirmək üçün bizə müraciət edilməyib"

Qurban Yetirmişli: "Son vaxtlar tikilən binaların yerləşdiyi ərazilərin seysmikliyini müəyyənləşdirmək üçün bizə müraciət edilməyib" “Son vaxtlar yeni binaların tikildiyi ərazilərin seysmik olmasının maksimal balını müəyyənləşdirmək üçün bizə müraciət daxil olmayıb”.
Elm və təhsil
27 Mart , 2019 11:51
Qurban Yetirmişli: Son vaxtlar tikilən binaların yerləşdiyi ərazilərin seysmikliyini müəyyənləşdirmək üçün bizə müraciət edilməyib

“Son vaxtlar yeni binaların tikildiyi ərazilərin seysmik olmasının maksimal balını müəyyənləşdirmək üçün bizə müraciət daxil olmayıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, əsas məqsəd yeni binaların tikildiyi ərazilərin seysmikliyinin maksimal balını müəyyən edib dəqiqləşdirməkdir: “Bakıda indiyə qədər tikilən binaların hamısı üçün bunu etmişik. Lakin son vaxtlar bizə bununla bağlı müraciət edilməyib. Azərbaycanda olan son zəlzələlər göstərdi ki, normativlərə uyğun inşa edilmiş binalar zəlzələləyə davamlı olur”.

Q.Yetirmişli əlavə edib ki, məsələn, Şamaxıda bu ilin fevral ayında baş verən zəlzələ zamanı normalara uyğun tikilən binalarda heç bir problem yaranmayıb: “Keyfiyyətsiz və standartlara uyğun olmayan çay daşlarından tikilmiş binalarda daha çox dağıntı olub. Ölkəmizin seysmoloji bölgələri Xəzər dənizinin Azərbaycan sektoru, Abşeron yarımadası, Şamaxı-İsmayıllı, Quba-Qusar, Şəki-Zaqatala bölgəsi, Kiçik Qafqazda Basarkeçər və Kəlbəcər zonası və Naxçıvan zonasıdır”.

Mərkəz direktoru Azərbaycanın ümumilikdə seysmoloji bölgədə yerləşdiyini söyləyib: “Yeraltı təkanlar daim qeydə alınır. Amma qısa müddətli güclü zəlzələnin proqnozunu vermək qeyri-mümkündür, saniyələr içində baş verən güclü zəlzələlərin yerini, vaxtını, gücünü demək çətindir. Çünki zəlzələ 9-10 saniyə ərzində baş verir. Amma uzunmüddətli zəlzələ üçün deyə bilərik ki, hansı sahə gərgindir və orada zəlzələ gözlənilir”.

Son xəbərlər

Orphus sistemi