Yuxarı
    Bağlamaq

    Son bir ayda Təhsil Nazirliyinə 12 minə yaxın müraciət daxil olub

    Vətəndaşların Qəbulu Mərkəzində isə 7598 vətəndaşa xidmət göstərilib

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Son bir ayda Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin statistikası açıqlanıb. Nazirlikdən "Report"a verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə 11 479 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çox) zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 7598 vətəndaşa xidmət göstərilib.

    Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 662 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1704 sənəd (981 ərizə, 655 məktub, 68 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

    Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb.

    Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2851 zəng) və çərşənbə axşamı (2738 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 13:30-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1865 müraciət), çərşənbə (1804 müraciət) və çərşənbə axşamı (1781 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi