Şöbə müdiri: "Azərbaycandakı məktəblərin yarısının 200 və daha az şagirdi var"

Şöbə müdiri: "Azərbaycandakı məktəblərin yarısının 200 və daha az şagirdi var" Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanda son beş ildə müəllim-şagird nisbəti, yəni bir müəllimə düşən şagirdlərin 8,5-dən 10,5%-ə yüksəlib.
Elm və təhsil
7 İyun , 2018 12:44
Şöbə müdiri: Azərbaycandakı məktəblərin yarısının 200 və daha az şagirdi var
Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev / Report
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ "Azərbaycanda son beş ildə müəllim-şagird nisbəti, yəni bir müəllimə düşən şagirdlərin 8,5-dən 10,5%-ə yüksəlib".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu, 25 % dəyişiklik deməkdir və kifayət qədər səmərəlilik artıb: "Bu dəyişikliyin bir səbəbi diaqnostik qiymətləndirmədir. Bu qiymətləndirmədən sonra müəllimlərin bəziləri öz ərizələri ilə işdən azad olunublar".

Şöbə müdiri bildirib ki, müəllim-şagird nisbətinə təsir edən obyektiv və subyektiv səbəblər var: "Obyektiv səbəblərdən biri odur ki, hazırda orta məktəblərdə 17 fənn tədris olunur. Şagird sayı az olan məktəblərdə də bu nisbət istər-istəməz aşağı olur. Azərbaycandakı 4400-dən çox məktəbin, təxminən, yarısı 200 və daha az şagirdi olan məktəblərdir. 20-30-40 şagirdi olan məktəblərdə 17 fənn tədris olunmalıdırsa, deməli, bu nisbət də az olacaq. Ölkədəki şagirdlərin sayının artması da bu nisbətə müsbət təsir göstərir. Müəllim-şagird nisbətinin birbaşa təhsilin keyfiyyətinə təsiri yoxdur. Bir müəllim az uşağa dərs keçərsə, onda daha yüksək nəticə əldə olunur düşüncəsi" doğru deyil. Belə olsa, gərək kənd məktəbləri ən yüksək nəticə göstərsin. Çünki kənd məktəblərində müəllim-şagird nisbəti çox az olur". 

Son xəbərlər

Orphus sistemi