Yuxarı

Şirvanda keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb

Qiymətləndirilmədə 19 ümumi təhsil fənni üzrə 6 500-dən çox müəllim iştirak edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Şirvan şəhərində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. 

Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, Şirvan şəhərinin, Hacıqabul, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsində 19 ümumi təhsil fənni üzrə 6 500-dən çox müəllim iştirak edib. Bu, imtahana dəvət olunan müəllimlərin 98,4 faizi deməkdir. 

Xatırladaq ki, qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Qeyd edək ki, dekabrın 16-20-də Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq imtahanlarda 9 000-ə yaxın müəllimin iştirakı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi