Yuxarı
    Bağlamaq

    Şəmkir Rayon İcra Hakimiyyəti: Qalmaqallı məktəb direktoru işdən azad edilməyib

    Qərarı Təhsil Nazirliyi verməlidir

    Bakı. 17 yanvar. REPORT.AZ/ "Şəmkir rayonunun Aşağı Seyfəli kəndində M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazovun vəzifəsindən azad olunması barədə məlumatlar düzgün deyil. O, hazırda işinin başındadır".

    Bu barədə "Report"a Şəmkir Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.

    Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı araşdırmalar aparılıb, nəticə Təhsil Nazirliyinə göndərilib.

    "Məktəbdə baş verənlərlə bağlı qərarı Təhsil Nazirliyi verməlidir" - deyə, RİH-dən bildirilib.

    Qeyd edək ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi