Səfir: "Ukrayna Azərbaycan tərəfi ilə birlikdə saxta diplom məsələsini araşdırır"

Səfir: "Ukrayna Azərbaycan tərəfi ilə birlikdə saxta diplom məsələsini araşdırır" 10 mindən çox azərbaycanlı tələbə Ukraynada təhsil alır
Elm və təhsil
7 Aprel , 2017 12:35
Səfir: Ukrayna Azərbaycan tərəfi ilə birlikdə saxta diplom məsələsini araşdırır
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün 10 mindən çox azərbaycanlı tələbə Ukraynada təhsil alır.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko Bakıda Ukraynanın Truskavets kurort şəhərinin turizm potensialının təqdimatı zamanı bildirib.

"Azərbaycanlıların Ukraynaya marağı durmadan artır. Biz təhsilin keyfiyyətinin artırılmasına çalışırıq, tələbələrin təhlükəsizliyini təmin edirik", - deyə A.Mişenko vurğulayıb.

O, bu gün Ukraynanın müxtəlif universitetlərində tələbələr üçün Azərbaycan mədəniyyət mərkəzlərinin olduğunu qeyd edib: "Belə mərkəzlər artıq Poltava, Kiyevdə fəaliyyət göstərir, Çerniqovda da açılmaq üzrədir".

O, Ukraynanın Azərbaycan tərəfi ilə birlikdə dövlət orqanlarında müvafiq qeydiyyat keçməmiş Ukraynanın bəzi universitetləri tərəfindən verilən və nəticədə Azərbaycan ərazisində tanınmayan saxta diplomların alınması məsələsini araşdırdığını bildirib.

Son xəbərlər

Orphus sistemi