Yuxarı

Sayalı Sadıqova: "Hər kəs öz vəzifəsini dərk etməlidir"

Sayalı Sadıqova: "Hər kəs öz vəzifəsini dərk etməlidir"
© Report — Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova

Professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova “İzahlı dilçilik terminləri lüğəti” ilə bağlı İdris Abbasovun iddialarına münasibət bildirib. 

"Report" alimlərin hazırladığı yazını təqdim edir:

Çox təəssüflə qeyd etmək istərdik ki, Son zamanlar bəzi elektron nəşrlərdə İdris Abbasovun “İzahlı dilçilik terminləri lüğəti” (Bakı, 2018, 912 səh.) haqqında qeyri-peşəkar fikirləri tirajlanır. Artıq Dilçilik İnstitutunda sabitliyi pozmaqda onun hərəkətləri pik həddinə gəlib çatıbdır.. Lüğətin tərtibçilərinin təhqir edilməsi bir yana... Növbəti hədəfləri... yenə akademiklərdir. Əvvəllər olduğu kimi...

Öz elmi rəhbərinin akademik Vasim Məmmədəliyevin “Ərəb dilçiliyi” dərsliyi ilə bağlı 525-ci qəzetində yazılır: “Paralel” qəzetində filologiya üzrə fəlsəfə doktoru İdris Abbasovun “Vasim Məmmədəliyevin ərəb dilçiliyi görüşləri: tədqiqat, yoxsa plagiat?” adlı davamlı (doqquz) məqaləsi dərc olunub. Qəzetin ilk nömrələri çıxar-çıxmaz İdris Abbasov poçtalyon kimi qapı-qapı düşüb onları paylamağa. Bununla ürəyi soyumayıb, yazılarını qəzetə verib və nəhayət, tamam rahat olmaq üçün onları “Facebook” səhifəsində yerləşdirib. Eyni zamanda ərəbşünaslar arasında tanınmayan İdris Abbasov birdən-birə nəzər-diqqəti özünə cəlb etmək üçün uğursuz bir yol seçib: oxucuların əksəriyyətinin dilçilikdən uzaq olmalarına arxayınlaşaraq, müxtəlif böhtanlarla Vasim Məmmədəliyevə “qarşı çıxmaq”. (Qəribə təfəkkürdür).

Amma o, ad qazanmaq əvəzinə nifrət qazandı və “nankor” tələbə kimi yaddaşlarda həkk olundu. Lakin həmin dərslik indi də tələbələrin stolüstü kitabıdır. Bu gün də bu əməlinin yenə də davamı kimi Nəsimi adına Dilçilik İnstitutunun professorlarını ya plagiat, ya da rüşvətxor adı ilə təhqir edir və nə isə əldə etmək istəyi ilə vuruşur. Necə ki, əvvəlki hərəkətlərinin davamı kimi...

Vaxtilə professor Fəxrəddin Veysəlli İdris Abbasov haqqında yazırdı: “Azərbaycanda uşaqlar müxtəlif südlə böyüyürlər. Kimi ana südü ilə, kimi inək südü ilə, kimisi isə süni qidalarla. Bəlkə elə bu səbəbdən məmləkətimizdə halal süd əmmişlərin sayı azalır. Son zamanlar tez-tez qəribə bir məqamla rastlaşırıq. Sanki insanların bir çoxu şər-böhtan atmaqla böyüyürlər. Elə ki, boyları bir qarış artdı, iddiaları boylarını da keçir. Bəzən də bu iddiaların içində elə İdris Abbasov kimi yalanlar içində boğulurlar”. İndi də həmin İdris Abbasov dayanmadan “İzahlı Dilçilik terminləri lüğəti”ilə bağlı ictimaiyyəti çaşdıraraq guya plagiat terminlərin siyahısını verir”. Heç bir lüğət tərtib etməyən “alim”ə izah edə bilmirik ki, terminlər alimlərin apardığı tədqiqat prosesində yaranır, tərifi, izahı verilir. Lüğətlərdə isə onlar toplanır. Bir də ki, artıq dilçilik elminin inkişafı ilə bağlı olaraq yüzlərlə sabitləşmiş terminlər var. Onu necə dəyişmək olar...Məsələn, orta məktəbdə tədris olunan dərsliklərdə öz əksini tapan vurğu, heca, cümlə, isim, sifət və s. yüzlərlə terminin tərifini İ.Abbasov plagiat saymasın - deyə yenidən tərif verək....? Məntiqə bax... Eləcə də müqayisə etdiyi lüğətlərdə verilən terminlərin mühüm bir hissəsi onlardan əvvəl tərtib olunmuş lüğətlərdə var. Bu lüğətin prinsipindən irəli gəlir. Əvvəlki terminləri saxlamaq şərti ilə yeni terminlər yarandıqca lüğətlər təkmilləşdirilir. Rus dilində dilçiliklə bağlı 5, türk dilində 12-yə qədər lüğət var. Yenə də heç bir lüğətdə terminlər tam şəkildə toplanılmayıb. Çünki bu olduqca ağır və çətindir. Lakin bu əziyyətin nə olduğunu bilməyən İ.Abbasovun fikirləri ictimaiyyəti çaşdırmağa xidmət edir. Hətta Əqli Mülkiyyət Agentliyinin sorğuya verdiyi cavab saxtalaşdırılır. Cavabda qeyd edilir ki, “Müəlliflik hüququnun pozulması o zaman yaranır ki, əgər digər şəxs tərtib olunmuş əsərdə verilən müəlliflik hüquqi əlamətlərini, o cümlədən tərtibat əsərinə daxil olan elementlərin və ya bu materialların düzümünü və ardıcıllığını təkrarlayır və mənbəyə istinad edilmir”. Lüğətdə isə bu halların heç birinə yol verilmir və istifadə olunmuş ədəbiyyatda bütün mənbələr öz əksini tapmışdır. Ancaq ictimaiyyət yenə də yalan məlumatla çaşdırılır ki, “guya lüğətin plagiat olması təsdiq olunub”.

Bu yalanlara nə vaxt son qoyulacaq. Lüğətin nəşr olunmasına küllü miqdarda vəsaitin xərclənməsini iddia edən “həmkarıma” çatdırmaq istəyirik ki, lüğətin nəşrinə cəmi 1200 manat pul xərclənib. İctimaiyyəti aldadaraq guya lüğət qrant layihəsi ilə tərtib olunub. Hansı layihədən söhbət gedir...açıqlasın... Guya külli miqdarda dövlət vəsaiti xərclənib. Yalanlar... insanları aldatmaq...Təhqir edənlər, yalan məlumat verənlər cəzalandırılmalıdır.

İdris Abbasovun nəzərinə çatdırırıq ki, lüğətin tərtibində məqsəd-dilçilik elminin müxtəlif sahələri, bölmələrini əhatə edən anlayışları toplayıb elmi ictimaiyyətə əhatəli geniş məlumat materialı vermək, elmi işçilərin, müəllimlərin, tələbələrin gündəlik təcrübi fəaliyyətinə kömək etməkdən ibarətdir. Bu baxımdan lüğətdə plagiatlıqdan danışmaq qeyri-mümkündür. Bununla bağlı məlumat dərc olunan kimi AMEA-nın Humanitar bölməsinin vitse-prezidenti, akademik İ. Həbibbəylinin rəhbərliyi ilə toplantı keçirildi və müvafiq qərar qəbul edildi. Lüğətin dəyərini bu sahə ilə bağlı çalışan mütəxəssislər verir. Dəfələrlə mətbuatda dərc olunan Mütəxəssislərin fikrinə görə lüğətdə plagiat yoxdur məqalələrinə İdris Abbasov məhəl qoymadan yazır. Çünki onun məqsədi yaradıcı insanların fəaliyyətini pozmaqdır. Ondan əlavə İ.Abbasovun nəzərinə çatdırırıq ki, İnstituta gələn qonaqlara - Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan və s. lüğət təqdim olunanda niyə susurdu? 2018-ci ilin yanvarından dekabrına kimi təriflənən lüğəti İ.Abbasov niyə dekabr ayından guya jurnalist araşdırması kimi saytlarda plagiat kimi şantaj etməyə başladı...Çünki İnstitutda sabitliyi pozmaq üçün özünə həmkar axtarışına çıxanda professor S.Sadıqovadan rədd cavabı aldı. Bundan sonra lüğəti hədəf götürdü. Üstündə səs yazısı aparatı gəzdirən... İ.Abbasov saytlara insanları təhqir edən vasitə kimi baxır.. Elmi Şuranın hər bir üzvü onun tərəfindən saytlarda plagiat alim kimi təhqir edilir. İllərlə qazanılan adlar, insan ləyaqəti alçaldılır. Lüğəti tərtib edənlərin hər biri 30-40 ildir ki, bu İnstitutda işləyir. İdris Abbasov isə birdən-birə ixtisasına uyğun olmayan “Dil nəzəriyyəsi” şöbəsinə müdir təyin olunur. Hesabatlarda Nəzəri dilçilik mənim üçün yaddır, niyə məni bura təyin ediblər- bilmirəm, hələ uyğunlaşa bilmirəm....mənə yaddır.. Bu sözləri deyən İ.Abbasov elmi iş görmək əvəzinə, əvvəlki işini- alimləri təhqir etmək, saytlarla hədələməklə məşğuldur. Vaxtilə Fəxrəddin Veysəlli (onun da əsərini cəfəngiyat adlandırırdı) yazırdı: Son zamanlar İdris Abbasovun adı mətbuatda çox hallanır. Onun Azərbaycan elmində “evcik-evcik” oynamaq həvəsi, nədənsə, məndə onu araşdırmaq hissi yaratdı. Kimisi dedi ki, İdris Abbasov yüksək vəzifəli şəxslərdən birinin qohumudur və ona arxalanır. Bu səbəbdən də istədiyi qəzetdə istədiyini dərc etdirir. Amma nədənsə, biz bunlara inanmaq istəmədik. Son vaxtlar mətbuatda İdris Abbasovun filan alim savadsızdır, filankəs plagiat yazır və s. kimi yazılarına çox rast gəlmək olur. Savadsızlıqda və ya plagiatlıqda ittiham olunan alimlər isə qəribədir ki, Azərbaycan dövləti, ölkə prezidenti tərəfindən fəxri orden və adlarla təltif olunmuş, Prezident təqaüdü almış, elmdə öz möhürlərini vurmuş dünya şöhrətli alimlərdir. Bütün bunları araşdırarkən fikirləşirəm ki, bu tanınmış alimləri qərəzli tənqid etməklə bəlkə İdris Abbasov prezident qərarlarına hörmətsizliyini nümayiş etdirmək istəyir?”. Doğrudan da ömrünü elmə həsr edib, elm aləmində öz möhürünü vurmuş akademikləri, professorları böhtan yazılarla təhqir etmək... Bu nə vaxta kimi davam edəcək?

İdris Abbasovun hücumunun motivi bəllidir.. Heç bir iş görmədən, işə gəlmədən, alimləri qorxutmaqla istədiyinə nail olmaq. Həmkarlar təşkilatının qeyd etdiyi kimi, iş saatları olduqca azdır. Bu da əmək müqaviləsini pozmaq deməkdir. Faktlar göz qabağındadır... Öz elmi rəhbəri olan “Şərəf” və “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin “Ərəb dilçiliyi” adlı dərsliyini plagiatlıqda qərəzli ittihamı, eləcə də akademiklər haqqında son yazıları bir daha sübut etdi ki, bu şəxs ölkə Prezidentinin təltif etdiyi adlara qeyri-ciddi yanaşır, öz şəxsi ambisiyalarına görə alimləri qərəzli ittiham edir. Bu cür “şanlı” keçmişə malik İdris Abbasovun özünü növbəti dəfə “isbatlamaq” üçün hədəfi isə AMEA Dilçilik İnstitutunun bir qrup əməkdaşlarının tərtibçiliyi ilə nəşr olunan “İzahlı dilçilik terminləri lüğəti”dir. Lüğətin rəyçiləri – akademik Nizami Cəfərov və Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovdur. Lüğətin tərtibçilərindən biri olan Prezident Aparatı yanında Dil Komissiyasının üzvü, Tərəqqi medalı ilə təltif olunan, 20 monoqrafiyanın, 300-dən artıq məqalənin, 7 lüğətin tərtibçisi, o cümlədən 40-dan artıq lüğətin redaktoru və ön sözünün müəllifi professor Sayalı Sadıqovadır. İnstitutda iş görülmədiyi ilə bağlı saxta məlumat verilir. Təkcə Terminologiya şöbəsində 2018-ci ildə “Yeni terminlərin izahlı lüğəti”, (Bakı, “Elm”, 2018, 240 səh.), Şəlalə Hümmətlinin “Abdulla bəy Əfəndizadə Azaqbəylinin son türk əlifbası”, (Bakı, “Elm və təhsil”, 144 səh.), Aysel Qəriblinin “Türkologiya”, (həmmüəllif, Bakı, 2018, 292 səh.), “Türk dili, türk ləhcələri və türk dilləri anlayışlarının genetipologiyası, (Bakı, 2018, “Elm və təhsil”, 165 səh.) əsərləri və “Terminologiya məsələləri” toplusunun iki nömrəsi nəşr olunmuşdur. Terminologiya şöbəsində nəşr olunan “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)” (Bakı, “Elm”, 510 səh.) əsəri Azərbaycan Milli Elmlər Akademiyasının ilin mühüm nailiyyəti sırasına daxil edilmişdir. Bütün şöbələrdə də bu elmi fəaliyyət davam etdirilir. Biz tənqidlərə faktlarla, gördüyümüz işlərlə cavab veririk. Bəs İdris Abbasov hansı faktlarla cavab verəcək? Şöbəsində hansı əsərləri nəşr olunub....? Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun gördüyü işləri saytlarda saxtalaşdırmaqla.....? Elmi Şuranı telefona çəkərək professorları hədələmək və saytlara yalan məlumat verməklə...? İnsanların yaddaşından bəzi şeylər silinsə də, “Google” heç nəyi unutmur. Sadə bir araşdırma aparsaq görərik ki, İdris Abbasovun indiyə kimi neçə adamın üstünə “plagiat”lıq motivi ilə “şığıyıb”. Və ya dəyişən konyuktur altında dünən savadsızlıqlarından danışır, sonra onu tərifləyir. Bu psixoloji hücumlardan isə ləzzət alır... Yəqin ki, hər bir kəs öz vəzifəsini dərk etməlidir...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi