Sayalı Sadıqova: "Beynəlxalq terminlərdən yersiz istifadə etmək və bu sahədə ifrata varmaq doğru deyil"

Sayalı Sadıqova: "Beynəlxalq terminlərdən yersiz istifadə etmək və bu sahədə ifrata varmaq doğru deyil" Bakı. 25 dekabr. REPORT.AZ/ Elmin bütün sahələrinə aid lüğətlərin tərtibi və nəşri günün tələbidir.
Elm və təhsil
25 Dekabr , 2018 12:13
Sayalı Sadıqova: Beynəlxalq terminlərdən yersiz istifadə etmək və bu sahədə ifrata varmaq doğru deyil
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadiqova / Report

Bakı. 25 dekabr. REPORT.AZ/ "Elmin bütün sahələrinə aid lüğətlərin tərtibi və nəşri günün tələbidir".

Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib. 

O bildirib ki, dilin saflığı uğrunda mübarizə bir növ lüğətlərdən keçir: "Yeni anlayışların ifadəsi üçün dilin lüğət tərkibi daxilində sözseçmə prinsipi ilə alınma sözlərin qarşılığı tapılmalı, ya da kalka yolu ilə yaradılan terminlər işlənilməlidir. Dilimizin yad təsirlərin qalıqlarından təmizlənməsi birinci növbədə xalq dilinin zəngin xəzinəsi və dilimizin öz imkanları hesabına olmalıdır. Bəzən Azərbaycan dilində elmi terminlərin yaranması başqa dillərə məxsus ayrı-ayrı terminlər üçün qarşılıq müəyyənləşdirilməsi kimi dərk edilir. Əslində isə terminlərin yaradılması hər bir dilin özünəməxsus söz yaradıcılığı prosesisir. Azərbaycan dili müasir dövrdə elə bir inkişaf mərhələsinə çatıb ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, xüsusi elmi-texniki anlayışları çox asanlıqla ifadə etmək olur".

Alim qeyd edib ki, beynəlxalq terminlərin alınıb işlənməsi tələbatı ödəmək üçün vacibdir: "Lakin bu məsələyə münasibətdə ifrata varmaq, dilimizə lüzumsuz yerə alınmaların gəlməsinə yol vermək olmaz. Alınan sözlər də dilin qrammatik qayda-qanunlarına uyğunlaşmaqla bərabər anlayışı dəqiq təyin etməlidir".

S.Sadıqova bildirib ki, müstəqil illərində Azərbaycan dilinin lüğət tərkibində köklü dəyişikliklər baş verir: "Bu, hər şeydən əvvəl Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa əlaqələri ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi