Yuxarı

​Şamaxı Astrofizika Rəsədxanasına astronomik ekskursiyalar təşkil olunur

Ekskursiyalar gündəlik olaraq saat 11:00, 14:00 və 16:00-da keçirilir

Bakı. 29 iyul. REPORT.AZ/ AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyət göstərən astronomik muzey və teleskoplarla yaxından tanış olmaq üçün ekskursiyalar təşkil olunur. 

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ekskursiyalar gündəlik olaraq saat 11:00, 14:00 və 16:00-da keçirilir.

Gecə vaxtı ekskursiya üçün nəzərdə tutulmuş teleskopla göy cisimlərinə baxmaq hava şəraitindən asılı olaraq təşkil olunur.

Qeyd edək ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb və 1960-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi