Yuxarı

Şagirdlər üçün ensiklopedik toplunun birinci cildi nəşr edilib

Nəşrdə 300-dən çox mövzuya dair məlumat var

Bakı. 9 mart. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin orta məktəb şagirdlərinə əlavə oxu vəsaiti kimi nəzərdə tutulan "Hər suala bir cavab" çoxcildlik ensiklopedik toplunun birinci cildi nəşr edilib.

Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

“Bizi əhatə edən aləm”, “İnsan orqanizmi”, “Başqa məxluqlar necə yaşayır?” və s. bu kimi bölmələrdən ibarət nəşr özündə 300-dən çox mövzuya dair qısa, ensiklopedik məlumat cəmləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi