Yuxarı

Nazir müavini: "Şagird və tələbələrin yaratdıqları start-up layihələri xaricdə də yüksək qiymətləndirilir"

Dinlə
© Report/ Elchin Murad — Təhsil nazirinin müavini İdris İsayev

Bakı. 11 fevral. REPORT.AZ/ "Hazırda elmi biliklərin həcminin artırılması, yeni elm sahələrinin yaradılması, yeni istiqamətlərin formalaşması elmi məzmunda və onun fəaliyyətində də bir sıra dəyişikliklərin edilməsini zərurətə çevirir".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, təhsil, elm və innovasiyanın birgə vəhdəti, eləcə də fəaliyyəti vacib məsələlərdəndir: "Təsadüfi deyil ki, elm tədqiqat, eləcə də ali təhsil müəssisələrinin təhsil, tədqiqat və innovasiya formatında fəaliyyətin gücləndirilməsinə əsas istiqamət kimi müəyyən edilib. Son illərdə ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılıb. Sevindirici haldır ki, şagirdlər və tələbələrin yaratdıqları start-up layihələri ilə nəinki ölkədə, həmçinin xaricdə də yüksək qarşılanır və qiymətləndirilir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi