Sabirabadda baş verən yol qəzasında yaralanan 3 məktəbli Bakıda xəstəxanaya yerləşdirilib - FOTO

Sabirabadda baş verən yol qəzasında yaralanan 3 məktəbli Bakıda xəstəxanaya yerləşdirilib - FOTO Nazirlik nümayəndələri qəzada həlak olan məktəblinin yas mərasimində iştirak edəcəklər
Elm və təhsil
12 Oktyabr , 2016 11:35
Sabirabadda baş verən yol qəzasında yaralanan 3 məktəbli Bakıda xəstəxanaya yerləşdirilib - FOTO

Bakı. 12 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyinin nümayəndələri Sabirabad rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alan məktəblilərə baş çəkiblər.

“Report”un xəbərinə görə, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 

O qeyd edib ki, qəza zamanı yaralanan məktəblilər - Rəşad, Vüsal və Ağamirzə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travmatologiya şöbəsində müalicə alırlar: “Bu gün Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə onlara baş çəkmək üçün xəstəxanaya getdik. Hər üç məktəbli özünü yaxşı hiss edir, bizdən oxumaq üçün kitablar istədilər. Sifariş etdikləri kitabları da tezliklə onlara çatdıracağıq. 

C.Valehovun sözlərinə görə, eyni zamanda, bu gün Təhsil Nazirliyinin əməkdaşları Sabirabadda baş vermiş avtomobil qəzası nəticəsində həlak olan məktəblinin hüzr mərasimində iştirak etmək üçün rayona yola düşüblər".

Son xəbərlər

Orphus sistemi