Yuxarı

SABAH qrupunun tələbələri “Bakı Metropoliteni”ndə təcrübə kursu keçirlər

Kursun iştirakçılarına “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq

Bakı. 16 avqust. REPORT.AZ/ Təhsil Nazirliyinin təşəbbüsü və “Bakı Metropoliteni” QSC ilə birgə əməkdaşlıq çərçivəsində tələbələrə metropolitenin müvafiq struktur bölmələrində ixtisasları üzrə müxtəlif sahələrdə təcrübə toplamaları üçün şərait yaradılıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, kurslarda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupuna daxil olan tələbələri iştirak edir.

Bir ay müddətində davam edəcək kursun iştirakçılarına “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq.

Kursların keçirilməsində məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, həmçinin akademik və iş mühitləri arasında əlaqələri möhkəmlətmək üçün “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur bölmələrində onların yiyələnəcəkləri ixtisaslar üzrə təcrübə toplamasıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi