Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası ilə Təhsil Nazirliyi arasında əldə olunan razılığa əsasən, ali təhsil müəssisələrində yaradılan SABAH qruplarında təhsil alan 210 tələbə AMEA-nın elmi müəssisələrində təcrübə keçəcək.
Bu barədə “Report”a akademiyadan məlumat verilib.
Bildirilib ki, AMEA-nın müəyyən etdiyi təcrübəkeçmə planına uyğun olaraq, SABAH qruplarında təhsil alan tələbələr sırasından seçilən 210 nəfərin siyahısı Təhsil Nazirliyi tərəfindən AMEA-ya təqdim edilib.
AMEA prezidentinin sərəncamı ilə SABAH qruplarında təhsil alan tələbələrin akademiyanın elmi müəssisələrində təcrübəkeçmə planı təsdiqlənib. Plana əsasən, tələbələr müvafiq ixtisaslar üzrə bu il dekabrın 1-dən gələn ilin mayın 31-dək AMEA-nın 21 elmi müəssisəsində, həmçinin Elm və Təhsil İdarəsində təcrübə keçəcəklər.