Sabah DİM növbəti TOEFL IBT və SAT imtahanları keçirəcək

Sabah DİM növbəti TOEFL IBT və SAT imtahanları keçirəcək Bakı. 1 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 2-də növbəti TOEFL IBT və SAT imtahanları keçiriləcək.
Elm və təhsil
1 İyun , 2018 11:15
Sabah DİM növbəti TOEFL IBT və SAT imtahanları keçirəcək
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 2-də növbəti TOEFL IBT və SAT imtahanları keçiriləcək. 

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. 

TOEFL IBT imtahanı saat 09:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:15-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

SAT imtahanında iştirak edəcək şəxslər isə saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Son xəbərlər

Orphus sistemi