Rumıniyanın Azərbaycandakı səfiri BANM-də olub

Rumıniyanın Azərbaycandakı səfiri BANM-də olub Elmar Qasımov səfirə BANM-in tələbələri üçün təqdimat və ya məruzə ilə çıxış etməsini təklif edib
Elm və təhsil
10 Noyabr , 2016 10:59
Rumıniyanın Azərbaycandakı səfiri BANM-də olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.

Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

E.Qasımov BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz açıb. Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan rektor tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs edib. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışıb. E.Qasımov səfirə BANM-in tələbələri üçün təqdimat və ya məruzə ilə çıxış etməsini təklif edib.

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku səmimi qəbula görə təşəkkür edərək təklifi qəbul edib. Səfir BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini qeyd edib. O, Rımıniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin inkişafından söz açıb.

Görüşdə universitetlərarası əlaqələr, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

Son xəbərlər

Orphus sistemi