Yuxarı

Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb
13 namizəddən 11-i qəbul olub
© Report

Bakı. 1 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələrini açıqlayıb. 

DİM-dən "Report"a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib, onlardan 11 namizəd qəbul olub. 

Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Qəbul olan 11 namizədin siyahısını təqdim edirik:

İş nömrəsiTopladığı balQəbul olduğu ixtisasın kodu
10003798339117
10142199362145
104704105313278
10511397333114
10674593332118
10684199343118
106940103324115
10789797324123
10939197313261
11010999343118
11164099339117
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi