​Respublika Seysmoloji Xidmət Mərkəzi Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq edəcək

​Respublika Seysmoloji Xidmət Mərkəzi Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq edəcək Zəlzələlər, onların qeydiyyatı, telemetrik stansiyaların işi və alınmış materialların emalı barədə məlumat verilib
Elm və təhsil
6 Noyabr , 2015 15:41
​Respublika Seysmoloji Xidmət Mərkəzi Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Milli Aviasiya Akademiyası arasında elmi əlaqələr genişləndiriləcək.

"Report" xəbər verir ki, bununla əlaqədar Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun (ETNAPİ) direktoru, akademik Bahadur Tağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.

RSXM-ın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonaqlar Monitorinq Mərkəzinin işi ilə də yaxından tanış olublar. Onlara zəlzələlər, onların qeydiyyatı, telemetrik stansiyaların işi və alınmış materialların emalı barədə məlumat verilib.

Görüşdə həmçinin RSXM və Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi məsələsi, birgə elmi tədqiqatların aparılmasının gələcək perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi