Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb Diaqnostik qiymətləndirilmədə 36 min nəfər iştirak edib
Elm və təhsil
20 Dekabr , 2016 15:04
Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb. Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, noyabrın 15-dən start verilən müəllimlərin diaqnostik qiymətləndirilməsi yekunlaşıb.

Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 36 min nəfər iştirak edib.

Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, həmçinin, Sabirabad, Şirvan, Hacıqabul, Abşeron, Qubadlı rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin əvvəlki illərdə imtahanda iştirak etməyən müəllimləri üçün dekabrın 25-dən sonra qiymətləndirmə keçiriləcək.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Son xəbərlər

Orphus sistemi